konul88

Novruz

In Uncategorized on March 25, 2013 at 11:23 am

23032013891 23032013890 23032013885 23032013889 23032013888 23032013887 Novruz

Qəbizdərə, Zaqatala. 23 Mart Zaqatalanın Qəbizdərə kəndində Novruzun gəlişini kənd əhalisiylə bir yerdə keçirmək üçün Zaqatalanın İcra Başçısı, İcra nümayəndələri, bir sira Hörmətli qonaqlar kəndə təşrif buyurmuşdurlar.  Kəntdə bayram təntənə ilə qeyd edildi. Şənlikdə milli adət- ənənələr göstərildi, maxara, kətə, düyü halvası bişirildi, tampur alətində ifalar olundu.

50 “motivasiya məsləhəti”

In Uncategorized on December 18, 2012 at 7:37 am

Özünü və digərlərini motivasiya etmək bacarığı, xoşbəxt və uğurlu həyatın əsas mənbəyidir.
1. ŞƏXSİ HEKAYƏNİZİ YAZIN. Bir iki abzas ilə, istədyiniz gələcək həyatınızı yazın. Nə ilə məşğul olacaqsınız, harda yaşayacaqsınız, əldə etdiyiniz uğurdan necə həzz alacaqsınız. Ancaq, yazılarınızı gələcək haqqında deyil sanki artıq həmin gələcəkdə yaşayırmış kimi yazın.

2. GƏLƏCƏYİNİZİ TƏSƏVVÜR EDİN. Gözlərinizi qapayıb, məşğul olmaq istədiyiniz işlərlə hal-hazırda məşğul olduğunuzu təsəvvür edin. Əgər gözəl, idman bədən fiquruna sahib olmaq istəyirsinizsə, özünüzü idman zalında məşq edirmiş kimi təsəvvür edin. Əgər, biznes qurub şirkət sahibi olmaq istəyirsinizsə, gözlərinizi yumub, şirkətinizin yeni binasının açılışında təsəvvür edin və s
3. ƏKS İSTİQAMƏTDƏ TƏSƏVVÜR EDİN. Bu vasitədən istifadə etsəniz, yolunuz oncəsində harda olduğunuz ilə indiki vəziyyətinizi müqayisə edə bilərsiniz. Keçmişdə edə bilmədiyiniz, lakin bu gün əldə etdiyiniz uğur üçün nələrdən keçdiyini görsəniz, bu sizi gələcək üçün də motivasiya edəcək.
4. BÖYÜK PLANLAR QURUN. Gələcək haqqında düşünərkən, böyük planlar qurmaqdan qorxmayın. Bu cür yanaşma sizə qısamüddətli uğursuzluqlara qarşı daha güclü edəcək. Çətinliklər və xoşagəlməz hadisələr sizi yolunuzdan saxlamayacaq, çünki sizin yerinə yetiriləsi daha vacib məqsədləriniz var.
5. ÖYRƏNMƏYƏ DAVAM EDİN. Sizi Arzunuza, məqsədinizə zərrə qədər də yaxınlaşdıra biləcək hər şey haqqında oxuyun, araşdırın, qulaq asıb öyrənin və praktikada yoxlayın. Məsələn yazıçı olmaq istəyirsinizsə, qrammatika kurslarına yazıla bilər, kitablar oxuya, yazı yaza, digər yazıçılarla söhbət edib məsləhətlər ala bilərsiniz.
6. TƏMİZLİK VƏ QAYDALARA RİAYƏT EDİN. Təmiz və rahat quraşdırılmış iş yeri, ev, ofis (və həyat!) yuxarı qalxmaq üçün əsas tələblərdən biridir. Ətrafdakı zir-zibil öz daxilimizin çirklənməsinə gətirib çıxarır. Həyatınızı qaydaya salsanız, hər bir gününz daha aydın və enerjili keçər.
7. HƏR YERDƏ ÖZÜNÜZÜ MOTİVATORLARLA ƏHATƏ EDİN. Hər zaman yanınızda (stol, orqanayzer, qarşıdakı divar, avtomobil, portmane, kalendar) sizə öz məqsəd və arzularınızı xatırladacaq işarə, simvol, yazı, şəkil və yaxud əşya saxlayın. Bu cür yadasalmalar arası kəsilməyən motivasiya axınını yaradır8. XEYRİYYƏ İŞLƏRİNDƏ FƏAL OLUN. Vaxtınızın bir hissəsini, digər insanlara yardım etmək üçün ayırın. Başqasına qarşılıqsız olaraq nə isə verdikdə, sənin nə qədər çox şeyə sahib olduğunu və yardımın necə də zövq verici bir iş olduğunu anlayırsan.
9. ÖZÜNÜZÜN MOTİVASİYA BACARIQLARINIZI DİGƏRLƏRİLƏ BÖLÜŞÜN. Başqalarına hər hansı bir məsələni danışıb izah edəndə, özümüz də onu dərindən anlayırıq. Uşaqlarınıza motivasiyalı olmağı öyrədin, dostlarınıza məqsədlərinə çatmaqda, sevidyiniz insanın arzularının həyata keçməsində kömək edin.
10. UŞAQVLAR İLƏ VAXT KEÇİRİN. Uşaqlar ilə ünsiyyət ətrafdakı hər şeyə digər bucaq altında baxmağa kömək edəcək. İşdə gecikdirilən bir iş üçün stress keçirə bilərsiniz lakin, üşaqlarla oyun oynayıb, vaxt keçirtsəniz bütün problemlər arxa plana keçir. Uşaqların həyata baxışı çox sadədir və çox zaman məhz bu cür yanaşma özünü doğruldur
11. HƏMFİKİRLƏRİNİZİ TAPIN. Ətrafınıza baxın, öz üzərində çox işləyən bir dostunuz varmı? Ola bilər ki, sizin qohum və yaxud iş yoldaşınız daha böyük uöurlar əldə etmək istəyirlər. Həmfikirlərinizi axtarıb tapın.Qarşılıqlı dəstək, məsləhətlər, yada salmalar və kömək hər birinizə öz məqsədinizə çatmaqda yardımçı olacaq.
12. OXŞAMAQ İSTƏDİYİNİZ BİR ADAM TAPIN. Elə bir adam tapın ki, ondan məsləhət alıb öyrənə bilərsiniz. Bunu etsəniz təkəri yenidən kəşf etməyə ehtiyac olmayacaq, siz hər zaman hörmət etdiyiniz insandan problemin həllini öyrənə bilərsiniz
13. GƏZİNTİYƏ ÇIXIN. Yaşadığınız yerin ətrafında gəzin və ya avtomobil ilə gəzintiyə çıxıb rahatlayıb, sakitləşib, fikrinizi yayın. Hərdən hər birimizə yerləşidimiz ortamı dəyişmək lazımdır, adi və ya avtomobil ilə gəzinti isə bu məqsəd üçün ən yaxşı vasitədir.
14. UĞUR HEKAYƏLƏRİ OXUYUN. Sizi əhatə edən insanların uğur hekayələri ilə tanış olun. Adi qəzetdə sizi motivasiya və gələcək addımları atmaqda kömək edə biləcək onlarla hekayə tapmaq olar. Kitabxana və internetdə qeyri adi uğurları əldə etmiş insanlar haqqında istədiyiniz qədər kitab və məqalə tapa bilərsiniz.
15. MUSİQİYƏ QULAQ ASIN. Musiqi bizi həm sakitləşdirə, oyada, kədərləndirə, həm də motivasiya edə bilər. Qaçış zamanı ritmik musiqiyə qulaq asmaq bizi daha da sürətləndirir. Bəs hansı musiqi sizi motivasiya edir?
16. MOTİVASİYA FİLİMLƏRİNƏ BAXIN. Kino bizə digər insanların həyatları haqqında danışır. Motivasiya verən filmlərdə adətən müxtəlif ağrı və çətinliklərdən keçərək, sonda yüksəliş və uğur əldə edən qəhrəman haqqında danışılır. Sizi motivasiya edə biləcək və edən filmlərin siyahısını tərtib edin.
17. MOTİVASİYA EDİCİ KƏLMƏLƏR OXUYUN. İnternet və kitablarda bizi motivasiya edib, yuxudan oyadaraq dünyaya tamam başqa gözlə baxmağımıza kömək edə biləcək saysız hesabsız aforizm və sitatlar var. Sizi maraqlandıran mövzu ilə bağlı kəlmələr axtarın və əmin ola bilərsiniz ki, özünüzün motivasiya və düşüncənizi genişləndirəcək çox şey tapa biləcəksiniz
18. DÜZGÜN QİDALANIN. Düzgün qidalanma, xoşbəxt həyat qurmağımız üçün lazımı enerjini verir. Orqanizmin ehtiyacı olan bütün mineral, vitamin və əlavələrdən ibarət olan qida rasionunuzu qurun. Adi məhsullardan başlaya bilərsiniz.
19. YUXU QƏBUL EDİN. Bəzi insanlara cəmi 6 digərlərinə isə 7-8 saat lazımdır ki, tam yuxu ala bilsinlər. Sizin orqanizmin neçə saat tələb etdiyi elə də vacib deyil, əsas odur ki, ehtiyac olan normanı alasınızı. Ardıcıl bir neçə gecəni 3-4 saat yatsanız bu həm sizin ümumi davranışınız, sağlmalığınız və motivasiyanızda özünü biruzə verəcəkdir.
20. YENİ BİLİKLƏR ÖYRƏNİN. Bu ən əsas məsləhətdir. Heç bir zaman ətraf dünyanı öyrənməkdə dayanmayın. Sizin üçün maraqlı olan hər bir şey haqqında oxuyun, qulaq asın və öyrənin. Sizdən nə isə soruşanda “bilmirəm” deməyin, “hələ öyrənməyə macal tapmamışam” deyərək, gedin tapın və öyərnin. Dünyada baş verənlər ilə maraqlanın.
21. MƏQSƏDLƏRİNİZƏ DOĞRU CAN ATIN. Hər kəs bu onsuzda bu haqqda bilir, ancaq nədənsə məhz bu məsləhət kənarda qalır. Planlaşdırılmamış həyat və məqsədlərə doğru can atmasanız öz həyatınızı yaxşılığa doğru dəyişə bilməzsiniz. Ümumi axın ilə üzərək, digərlərinə sizin həyatı idarə etməyi icazə versəniz, özünüzün istəyi həyata heç vaxt çatmayacaqsınız. Bütün ömrünüz boyu qarşınıza qoyduğunuz məqsədlərə doğru hərəkət edin ,qerarli olun və bu yolda əldə etdyiniz uğur və xoşbəxtlikdən həzz alın.
22. BEYİN FIRTINASI.Ağ kağız və qələm götürün. Işıqlı və sakit bir yerdə oturaraq fikirləşin, fikirləşin, fikirləşin. Ağlınıza gələn bütün ideyaları yazın. Maddi, şəxsi, insanlar ilə əlaqələr, sağlmalıq və s. ilə bağlı məqsəd və ideyalarınızı yazın. Fikirləşməyi bitirdikdən sonra işinizi davam etdirmək üçün yetərincə məqsədiniz olacaq
23. MƏQSƏDLƏRİNİZİ KAĞIZA YAZIN. Bütün məqsədlərinizi kağıza yazın. Kağızda yazılmış məqsədlər daha aydın və konkret görünəcək. Ağlınızda qalan fikir, onunla məşğul olmağa başlamamışdan əvvəl, silinib gedəcək
24. MƏQSƏDLƏRİNİZİ MAKSİMAL OLARAQ KONKRETLƏŞDİRİN. Məqsədlər effektiv olmaları üçün konkret olmalıdırlar. “Uşaqlar ilə münasibətləri yaxşılaşdırmaq” çox təqdirəlayiq məqsəd ola bilər ancaq, ortada olan fikir natamamdır. Bunun əvəzinə öz planlarınıza uşaqlarla oyun vaxtı, ailə ilə birgə nahar yeməyi və birgə gəzintiləri daxil edin. Konkret planın uğur əldə etməsinin daha çox şansı var.
25. MƏQSƏDLƏRİN HƏYATA KEÇMƏSİNİN VAXTINI TƏYİN EDİN. Sonraya saxlamaq və gecikdirmək sizin arzu və məqsədlərinizin ölümü ilə nəticələnə bilər. Bunun qarşısınl almaq istəyirsinizsə əldə edəcəyiniz konkret nəticələrin konkret vaxtını təyin edin.
26. İŞƏ BAŞLAMANIN VAXTINI PLANLAŞDIRIN. İşə nə zaman başlayıb nə zaman bitirəcəyinizi bilmək, işin nəticəsində də verimliliyi artırmaqda yardımçı olur. Yalnız məqsəd qurmaq ilə ona çatmaq mümkün deyil. Həmin məqsədə hansı müddət ərzində çatacağınızı da özünüz üçün təyin edib, ona əsasən hərəkət edin.
27. MƏQSƏDLƏR YÜNGÜL OLMAMALIDIR. Nailiyyətlərin daha effektiv olması üçün, qarşıya qoyulmuş məqsəd yüngül olmamalıdır. Əgər məqsədinizə çatmaq üçün çox az güc sərf etsəniz, sizin motivasiya çox tez sönəcəkdir. Ən yaxşı məqsdlər onlardırlar ki, bu məqsədlərə çatmaq üçün sizin bütün bacarıq və bilikləriniz maksimum olaraq istifadə olunsun və sizdən yeni bilik və bacarıqların öyrənilməsini tələb etsin.
28. MƏQSƏDLƏRİNİZ REAL OLMALIDIR. Qarşınıza real olmayan məqsədləri qoyub, onlara çata bilməsəniz bu sizi əldən salıb, motivasiyanı sıfıra endirəcəkdir. Məqsədlər yüngül olmamalıdır ancaq, real olmalıdırlar.
29. GÖRÜLƏCƏK İŞLƏRİN DƏQİQ PLANINI CIZIN. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün addımba-addım görüləcək işlərin planını tərtib edin. Uğursuzluğun əsas səbəbi əksər hallarda məqsədə geədn yolda nə edəcəyimizi bilməməyimizdir. İşinizi planlayın və plana əsasən işləyin.
30. AĞIR YÜK ALTINA GİRMƏYİN. Qarşınıza eyni vaxtda həddindən artıq məqsəd qoymayın. Başlanğıcda 2-3 dənə olsa yetər. Həddindən çox vacib məsələlərə vaxt və enerjini ayırmaq ona gətirib çıxaracaq ki, heç bir iş vaxtlı vaxtında və keyfiyyətlə yerinə yetirilməyəcək. Bu zaman sərf edəcəyiniz enerji və vaxt boş yerə sərf olunmuş olacaq.
31. MƏQSƏDƏ DOĞRU HƏRƏKƏTİNİZİ İZLƏYİN. Məqsədinizə çatmaq üçün bir neçə səviyyədən keçməlisiniz və əgər həmin səviyyələri əvvəlcədən planlaşdırmısınızsa, onda hər bir səviyyəni keçdikdən sonra onu özünüz üçün qeyd edin. Bu cür yanaşma, məqsədinizə nə qədər yaxınlaşdığınızı göstərərək, sizi motivasiya edəcək.
32. ARZULARIN SİYAHISI. Həyatınızın sonunadək həyata keçirtmək istədiyiniz minimum 10 arzunu yazın. Məsələn – Avropanı səyahət etmək, dəniz kənarında ev almaq, xeyriyyə fondu açmaq və s. Siyahı uzana da bilər. Hər şey sizin özünüzə inamdan və istəyinizdən asılıdır.
33. YADDA SALICILAR. Rəngbərəng kağızlarda məqsədlərinizi yazıb, göznüzün qarşısında olan yerdə vura bilərsiniz. Şəkil ilə mümkün olarsa lap əla olar. Ancaq, həddindən çox etməyin yoxsa aləm bir-birinə dəyər.
34. ÖZÜNÜZÜ MÜKAFATLANDIRIN. Özünüz üçün mükafat təyin edin. Qarşınıza qoyduğunuz hər bir məqsədə çatdıqda kiçik bir bayram təşkil edin, istirahət edin və ya hədiyyə alın. Ürəyiniz istəyəni özünüz üçün edin. Siz əziyyət çəkib qazanmısınız bunu qeyd etmək lazımdır. Hər məqsədinizə görə özünüzə bir mükafat təyin edin və məqsədinizə çatan kimi, özünüzün mükafatlandırın. Bu cür adət növbəti məqsədləri də, yerinə yetirməkdə güclü motivasiya rolunu oynayacaqdır.
35. BMNXV? Niyə məhz bu məqsədə çatmaq istəyirsiniz? Özünüzdən soruşun və yazın: “Bunun Mənə Nə Xeyri Var?” . Hər bir məqsədiniz üçün bu sualı soruşun. Siz mütləq olaraq özünüz üçün aydınlaşdırmalısınız ki, bu məqsədə çatmaq sizə nə verəcək. Əgər tutarlı cavab tapa bilməsəniz, həmin məqsədinizi cədvəlinizdən silə bilərsiniz.
36. DÜZGÜN SÖZLƏR İSTİFADƏ EDİN. Neqativ və imtinalardan qaçın. “Biz bunun həlli yollarını taparıq” və ya “Mən əminəm ki, bunun öhdəsindən gələ bilərəm” kimi ifadələr istifadə edin. Gündəlik həyatınızda istifadə etdiyiniz sözlərin sizin həyat tərzinizə çox böyük təsiri var.
37. OPTİMİZMƏ CAN ATIN. Mən bir çox insan ilə söhbət etmişəm və əksəriyyətinin fikrincə optimist ilə pessimis arasında heç bir fərq yoxdur. İnanmayın! Nə olrusa olsun optimizmə can ataraq, otimist olmaq lazımdır. İnsanlar bu dünyaya optimist və ya pessimist olaraq gəlmirlər. Yalnız sizin özünüzdən asılıdır, pessimist və ya optimist olmaq.
38. ƏTRAFINIZA NƏZƏR YETİRİN. Sizin ətrafınızda dünyaya açıq aşkar neqativ gözlə baxan insan varmıdır? Onlar sizə necə təsir edirlər? Çox zaman bizim dünyaya baxışımız, bizi əhatə edən insanlardan asılı olur. İşdə və yaxud evdə sizi əhatə edənlər sizin davranış və keyfinizə mənfi təsir edirlərsə gecikmədən lazımi tədbirləri görün.
39. BƏZƏN DƏYİŞİKLİKLƏR ETMƏK VACİBDİR. Özünüzü pis hiss edəndə və yaxud xoşbəxt olmadığınızı anlayanda bunu qəbul edin ancaq, hər şeyi olduğu kimi də saxlamayın. Düşdüyünüz pis haldan çıxmağa tələsin. Lakin, bunu boynunuza almasanız və yalandan özünüzü xoşbəxtmişsiniz kimi göstərsəniz çox çətin olacaq. İlk öncə yaranmış problemi qəbul edin, sonra səbəbini axtarıb dərhal hərəkətə keçin.Insan heyatinda en agir stressing muddeti en zeif adamlar ucun 12 deqiqedir,bundan sonrasi ozunumecbur etmedir.
40. BAŞQALARININ DEDİKLƏRİNƏ QULAQ ASIN. Biz hər zaman özümüz haqqımızda yüksək fikirdə ola bilərik lakin, əslində bu heç də düşündüyümüz kimi olmaya bilər. Yaxınlarınızın, dost və tanışlarınızın davranışınız və sizin haqqınızda dediklərinə qulaq asın. Siz eşitmək istəmədiyiniz sözləri də eşidə bilərsiniz. Lakin, əksər hallarda tənqidə qulaq asıb özümüzü düzəltməliyik.
41. HANSI HALDA ÖZÜNÜZÜ PİS HİSS EDİRSİNİZ? Sizə pis təsir edən halları anlayıb, başa düşsəniz onlardan yan keçmək daha asand olacaqdır. Bu öz növbəsində sizi problemlərdən, ağrılardan və ümidsizlikdən qurtaracaq. Əgər bu cür hallardan hələ qaça bilmirsinizsə, onları müsbət yöndə necə dəyişə biləcəyiniz barədə fikirləşin.
42. HANSI HALLARDA ÖZÜNÜZÜ YAXŞI HİSS EDİRSİNİZ? Bu sizin hal-əhvalınız və davranışınız üçün çox vacib bir sualdır. Bu suala cavab tapandan sonra, kefiniz pozulanda “həmin düyməyə” basaraq, əhvalınızı yüksəldə bilərsiniz. Məsələn, mən özümü pis hiss edəndə şokolad haqqında fikirləşirəm. Şokolad alıb yeyən kimi keyfim açılır. Primitiv olsa da bu işləyir.
43. NƏFƏSİNİZİ DƏRİN. Halınız olmayanda və ya yorulanda bir az dincəlin. Qıza bir pauza sizə hər şeyə kənardan baxmağa kömək edəcək və siz yenidən işinizə qayıdanda müsbət enerjili olacaqsınız.
44. YÜZ ÖLÇ, BİR BİÇ. Əvvəl fikirləşin, sonra isə hərəkətə keçin. Nə isə etməmişdən qabaq onun nəticələri barədə fikirləşin. Məsələn, sizin partnyor sizin ziyanınıza bir iş edibsə, təhqir və ya tənqidə keçməyə tələsməyin. Nə edəcəyinizi düşünün. Sonra, bir də düşünün və yalnız bundan sonra sizə görə doğru olanı edin.
45. VƏZİYYƏTƏ GÖRƏ HƏRƏKƏT ETMƏYİN, ONA TƏSİR ETMƏYƏ ÇALIŞIN. Əsl optimis ilə pessimistin fərqi bax burdan yaranır. Həyatınızda birbaşa sizə təsir edən bir hal, vəziyyət yaranıbsa, tələsmədən fikirləşin, variantlar, çıxış yolları axtarın və hal-hazırki vəziyyətə uyğun qərarlar qəbul edin. Bu zaman siz düşdüyünüz vəziyyətə təsir etməyə çalışacaqsınız. Yox əgər yaranmış hala reaksiya verərək ona görə hərəkət etsəniz, tələsik qərarlar qəbul edərək, onsuzda yaxşı olmayan vəziyyətinizi daha da pisləşdirmiş olarsınız.
46. QƏDR BİLƏN OLUN. Ətrafınıza baxıb həyatınızın ayrılmaz hissələri olan bütün qiymətli mövhümləri görməyə çalışın: Dostlarınızı, ailə, işiniz, eviniz və s. Təkcə bunlar yetər ki, həyata pozitiv baxasınız. Axı, nə qədər də pis olsanız hər zaman dəstək tapa biləcəyiniz insanlar var. Vaxtında hər kəsi və hər şeyi qiymətləndirin ki, sonra peşman olmayasınız.
47. HƏR ZAMAN OPTİMİST OLMAQ DA LAZIM DEYİL. Hərdən kədərlənmək də olar. Biz insanıq və pis olmasa yaxşını görə bilmərik. Hər zaman optimist olsaq bu bizi daxilən boşluğa və ya əsəblərimizin korlanmasına gətirib çıxarar. Hərdən, elə günlər olur ki, nə edirsən et heç bir iş alınmır və heç bir işə həvəsin olmur. Bu cür hallar tam normaldır və hətta xeyirlidir.
48. FİKİRLƏŞİN. Problemləriniz haqqında ağılla fikirləşin. Əgər emosiyalarınıza sizin hərəkətləri idarə etməyi icazə versəniz, bucür hallar təkrarlana bilər. İsti-isti verdiyiniz qərarlar sizə görə doğru ola bilər lakin, sonradan onların nəticələri çox pis istiqamətə axın yarada bilər. Hətta problemləriniz də arta bilər.
49. QEYBƏTLƏRƏ BAŞ QOŞMAYIN. Öz ətrafınızda baş verən mənfi fikirli söhbətlərə baş qoşmayın. Əgər görsəniz ki, söhbətin axın o istiqamətdə gedir, sakitcə üzr istəyib ordan uzaqlaşın.
50. GÜNÜNÜZÜ YAXŞI ƏHVAL RUHİYYƏDƏ BAŞLAYIN. Tam enerjili, gülümsəmə ilə oyanın. Alınmır? Heç nə olmaz. Əl-üzünüzü yuyanda güzgüdə özünüzə gülümsəyin. Qarşınızdakı “insan” da sizə cavab olaraq gülümsəyəcək. Ondan sonra keyfiniz qalxacaq. Bu gün sizin çoxlu görüləsi işləriniz var. Həyat qısadır, odur ki, həyatdan maksimum yararlanmağı öyrənməlisiniz. Bu gün və sabah olduğu kimi növbəti hər gün belə etməlisiniz.

Üzeyir Zaqatalada

In Uncategorized on August 22, 2011 at 3:24 pm

Üç ay öncə wordpress-i necə qoyub getmişdimsə, qayıtdığımda da eyni problem ilə üzləşdim. Gözəl şəkillərim var konsertə aid, lakin 3 gündür bloguma yerləşdirə bilmirəm. Nə isə, məncə yazım da bəs edər konsert haqqında məlumat vermək üçün. 20 avgust Zaqatara şəhər Olimpiya İdman Kompleksində Üzeyir Mehdizadenin konserti baş tutdu. Konsertin qonaqları Kafkazclan və Dj Roshka, Dj Fedya idi.

Baxmayarq ki, Konsert 2 saat gec başladı, bütün Üzeyir və KafkazClan sevənlər  hər kəs kifayət gədər isti olan zalda gözlədilər, heç bir yerə tərpənmədilər. Konserti Zaqatalalılar açdı öz gözəl, şux mahnıları ilə. Sonra səhnəyə hər kəsin səbirsizliklə gözlədiyi Üzeyir çıxdı. Belə desəm dedim bəlkə Üzeyir çıxar canlı oxuyar, nə isə səhnə performansı gözəl olar və mənim fikirlərim Üzeyir haqqında dəyişər. Təəsüf Üzeyir sənə pis xəbərim var, mənim xəyalımda coxu insanların dediyi kimi də qaldın.:( .

Üzeyirdən fərqli olaraq KafkazClan çox gözəl proqramla çıxış etdilər lakın Üzeyirə çalınan gədər alqış onlara çalınmadı bu məni çox məyus etdi.

Bəlkə KafkazClan’ı yetərincə tanımadığınızı deyirsiniz?

KafkazClan 30 avqust 2000-ci il  Zaqastala rayonunda yaranıb və 3 nəfər gəncdən ibarət olub. Onların ilk konsertləri Balakən rayonunda, digər konsertləri isə Zaqatala rayonunda təşkil olunub. Onların 20- yə yaxın klipləri 100-lərlə trak’i var. Hal- hazırda KafkazClanlanın 40 nəfər üzvü var.  KafkazClanın rəhbəri Rəşad Əzizovdur. Siz onu DJ Roshka kimi tanıyırsınız.

Fikrimcə əlimizdə olan dəyərləri qoruyub saxlamalı və qiymət verməliyik!