konul88

Archive for November, 2010|Monthly archive page

Allah sevgisi

In Uncategorized on November 20, 2010 at 1:44 pm

“Səhər saat 7:15, gözəlcənə geyindim, lakin bir tək ayağıma heçnə keçirmədim.”  Düzdür-düzdur mən də bu sözləri qonşumuz Çimnaz xaladan eşidəndə çox təəcübləndim. Necə yani, səhər,soyuq və ayqqabı olmadan 3 kilometr yol?Piyada?. Hə Çimnaz xala Zaqatalanın Car kəndində yerləşən məscidə,sən demə niyyət edənmiş ki, ayaqyalın,piyada getməyə .Bilmirəm bu bir batil inancdır,yoxsa Çimnaz xalanın Allaha olan sevgisidr?Bilmirəm,amma 60dan çox yaşı olan Çimnaz xala artıq bunu 3 dəfədir ki, edir.

Advertisements

Turbazada yanğın

In Uncategorized on November 13, 2010 at 9:23 am

Deyilənlərə görə bir iş adamı Turbazanı alıb və təmir etdikdən sonra,yenidən istifadəyə vermək istəyib. Amma oranin sakinəri həmin yeri tərk etmədiyi üçün Turbazanı yandlrlb. Amma,Turbazada yanğın orada yaşayan bir şəxsin odun peçi ilə düzgün istifadə etmədiyi üçün olmuşdur.Turbaza keçmişdə turizm məkanı kimi fəaliyyət göstərmişdir.Lakin yaralı yerimiz olan “Qarabağ” dan məcbur və köçgün düşən qaçqınları müvəqqəti olaraq həmin istirahət mərkəzinə yerləşdirmişdilər. 2 il öncədən onlara evlərin verilməsinə başlanmışdır,amma tam tamamlanmamışdı.Həmin yanğın olarkən 60 otaq tamamiylə yanıb,xoşbəxtçilikdən ölən və yaralanan olmayıb.

Içimdəki uşaqlıq

In Uncategorized on November 11, 2010 at 2:05 pm

Uşaqlıqdan bu yaşıma gədər hər an,hər zaman imkan olduqca çılğınlıq etməyi xoşlamışam. Bacardıqca həyatın hər anından zövq almağa çalışıram. Bu gün etdiyim isə, deməzdim ayaqlarımı yerdən kəsəsi qədər həyəcanlandırıcı oldu. Lakin çox maraqlı idi. Deməli məsələ nə yerdədi. Evdə ürəyim darıxırdı  dedim gedim İrex”ə, bəlkə könlüm açılar. Bəli, elə də oldu, ürəyim açıldı. İrex”ə çatanda gördüm uşaqlar hamı yığılıb bir yerə nə isə edirlər. Sən demə Sülh Korpusun Könüllülərinin təşkil etdikləri “elm club” üçün hər kəs iş başında imiş. Tapşırıq isə bundan ibarətdir: kimin yumurtası körpüdən atarkən sınmasa, həmin şəxs udur və  hədiyyə qazanır. beləliklə 9 yumurta mübarizəyə başladı. Həmin 9 yumurtadan 6 gələbə çaldı. Onların içində mənim və M. düzəltdiyi yumurta da var idi. Şəkillərdə ətrafında hava şarı olana diqqət yetirin o, mən və M. düzəltdiyidir. Buyarışmada tək iştirak etmək olmazdı.