konul88

Archive for April, 2011|Monthly archive page

”yemək resepti”

In Uncategorized on April 22, 2011 at 1:10 pm

Yemək yeməyi xoşlayıb,bişirməyə tənbəllik edənlərə   ”yemək resepti”. Bu yeməyi bişirmək, necə deyərlər ,” əldə su içmək gədər asandır”. Bunun üçün sizə aşağıda sadalananlar lazımdır:

  1. 1 kq toyuq
  2. 1 kq kartof
  3. 0.5 kq yerkökü
  4. 3 ədəd rəngli bibər
  5. Duz, istiot

Birinci toyuğa duz və istiot vurursunuz,sonra elektrik sobasında listləri isidirsiniz. Listlərə bitki yağını tökməyə unutmayın.Listlər isinən arada,kartofu, yerkökünü və istiotları öz zövgünüzə uyğun şəkilləndirin(doğrayın).Duz,istiot vurun.Sonra isti listə həmin bu toyuğu,yerkökünü,kartofu və istiotu düzürsünüz.Üzərinə bitki yağı və istiot vurduqdan sonra 180 dercede 1 saat ərzində elektrik sobada bişirirsiniz.UNUTMAYIN !!! Yemək bişirərkən üzünüzdə təbəssümdə olsa,sevərərkdən bişirsəniz bu yeməyin ləzzəti iki qat artacaq.NUŞ OLSUN!

Advertisements

Süd Zavod bağlandı

In Uncategorized on April 18, 2011 at 8:50 am

Süd Zavod Bağlandı.Zavod işçilərindən aldığım məlumata görə, zavod bir neçə gün öncə bağlanıb. Zavodun bağlanma səbəbini bilən yoxdur.Bilinmir zavod müvəqqəti bağlanıb, yoxsa tam.Yenədə işsizlik.Sual niyə açıldı, niyə bağlandı? ? ? Görəsən 😦 bu suala tezliklə cavab tapılacaqmı? Prezident İlham Əliyev”in açılışını etdiyi Zaqatala Süd zavodunun aqibəti necə olacaq?

(http://www.president.az/articles/375?locale=az)Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, “Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılmışdır. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri vardır. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi.

Dövlət başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxdı.

Gürcü xəngəli

In Uncategorized on April 14, 2011 at 12:32 pm

“Gürcü xəngəli Ah ! indi olsa nə yeyərdik,hava qarlı, soyuq,tam vaxtıdır”-:  deyə iki rəfiqə dünən yol gedərkən elə bərkdən bunları deyirdilər ki,onları istər-istəməz eşitmiş oldum.Mən o,arada dünən ki, qar şəkillərini çəkirdim.onla

rın danışığından elə nəticə çıxarmaq olar ki, ” gürcü xəngəlini bişirə bilmirlər və hazır olan bir yerde yemək istəyirlər”. 😦

Onlara yaxşı xəbərim var.Əgər evdə gürcü xəngəlini bişirə bilmirsinizsə,xarici pasportunuzda yoxdursa Gürcüstana getməyə onda- Zaqatalada yerləşən gürcü yüməklərini bişirən kafeyə gedə bilərsiniz.Təbii ki, bizim öz girsimizin(xəngəlimizin) yerini heç bir dövlətin girsi(xəngəli)  tuta bilməz.

lakin insan başqa dövlətlərin mətbətbəxlərinində ləziz, dadlı yeməklərinin dadına daim baxmalıdır deyə düşünürəm.

Qeyd: Zaurun “TANIDIM SƏNİ” -” ZAQATALA” da olan çəkilişə 5-ci gü (aprel ayının 15-i) saat 21 :00 ATV kanalında baxa

bilərsiniz.Zaqatala Bura COOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOX maraqlıdır.:)   🙂 🙂

NO COMMENT (APRIL 13)

In Uncategorized on April 14, 2011 at 6:55 am

Zaur Zaqatalada

In Uncategorized on April 9, 2011 at 1:19 pm

ZAUR BAXŞƏLİYEV və TANIDIM SƏNİ ZAQATALADA.Bu gün Zaur Baxşəliyev, Elza seyidcahan, Almaz Ələskərli Zaqatalaya istedadı olan insanları seçməyə və onları tanıtmağa gəlmişdilər.Açılışı Zaur etdikdən sonra sıra istedadlarını göstərməyə Zaqatalalılara çatdı.ilk növbədə səhnəyə avar rəqsini oynayan qrup çıxdı.Sonra səhnəyə sözləri tərsinə deyə bilən,stəkanı əlində çevirə bilən,özbək rəqsini oynaya bilənlər,barmaqları ütündə gəzən 2 yaşlı uşaq,rap, pop,muğam ifa edənlər,parodiya edənlər səhnəyə çıxaraq öz bacarıqlarını göstərdilər.Mən əminəm ki,Zaqatalada istedadlı və geyri-adi bacarıqı olanlar çoxdur.Lakin tanınmaq istəmirlər.Mən ikinci mərhələyə adlamış hər bir bacarıqlıya UĞURLAR,UĞURLAR və UĞURLAR arzu edirəm.Bacarıqlılardan birinin çıxışının sonunda dediyi sözlə öz yazımı bitirmək istərdim : AZAD AZƏRBAYCAN,TANİDİM SƏNİ -AZƏRBAYCANI,BİZ İSƏ ZAQATALANI TAITMAQ ÜÇÜN ÇALIŞIRIQ.

Hər zarafatın altında bir gərçək var

In Uncategorized on April 5, 2011 at 8:36 am

Dilim olsada danışsam. “Bu birtəhər metlaqları üzərimdən necə tələm- tələsik qoymuşdularsa eləcədə götürsələr lap ürəyimcə olar dey: -Zaqatala şəhər mərkəzi küçələrdən birinin asfaltı gileylənərək lüka dərdini söylədi.

Axı, nə təsəlli versin lük asfalta, onun halı asfaltın halından daha acınacaqlı idi.Kanalizasıya sisteminə yaxından köməklik  göstərən lükunda belinə metlaq yükləmişdilər. O, da bir səhvə qurban getmişdi. Lakin dilləri  yox idi ki , danışsınlar və bir plan qurmağa gərara aldılar. Fikirləşdilər ki,bəlkə dərdlərini müvafiq qurumlara anlata bilərlər. Bunun üçün üzərlərindən keçən insanların ayaqlarını ı burxmadılar, dizlərinimi siyirmədilər,bəzilərinin hətta ayaqlarını belə sındırmışlar.Amma nə fayda  :(. Asfalt ilə Lükun bəxtləri hələdə gətirmir ki, gətirmir.

1 Aprel

In Uncategorized on April 2, 2011 at 7:37 am

Bayramlar bitti və yaz gəldi.Bu bayramlar olmasa insalara heç istirahətdə olmaz.Bu bayramdan istifadə etdərək, dedim bir şəhərdə gəzintiyə çıxım.Baxım görüm nə dəyişiklik, nə yeniliklər var.Zaqatalada olan 9-17 mərtəbəli binaları,yer altı və yer üstü metroları,gənclər üçün əyləncə və idman mərkəzləri,ağbirçək və ağsaqqalar üçün istirahət meydançaları,açıq havada diskoteykalar,yeni-yeni parklar,yeni atraksionlarla,güllük-gülüstanlıq gördüm.:)    🙂    🙂

Təxminlərimə görə bəzi dəyərli oxucularım yuxarıdakını oxuduqdan sonra deyir: Doğurdan Zaqatalada belə sutətli inkişaf gedib,digərləri deyə bilər Könül çox gözəl yuxu görub.:)  Təbii ki, bu bir aprel zarafatı idi.Amma onu deyə bilərəm ki,Zaqatalada belə dəyişikliklərin olmasını istərəm.İstərəm ki,Zaqatala yeni avtobuslar və taksilər gətirilsin, daha ili keçən maşınlar yox.İstərəm ki, gənclərin inkişafı üçün yeni  mərkəzlərin açılmasını istərəm və s.inanıram ki, bunların hamısı olmasada yarısı olacaq.Təki pissimist olmamaq və hər daim cahd göstərmək lazım.