konul88

Archive for December, 2010|Monthly archive page

Dağda maşın.

In Uncategorized on December 24, 2010 at 11:14 am

Başlığı oxuyarkən deyə bilərsiniz “Xeyir bu ola bilməz”.Honzoqor dağı, o gədər yüksəklik, ayaqla insanların oraya çıxması çətin olduğu halda , maşın? Hə,Zaqatala rayonu Şamilyovka,Honzoqor dağlarının ətəyində yerləşir. İyul, Avqust aylarında çoxu insanlar, həmin dağların havası təmiz və şəfalı olduğu üçün günlərlə, həftələrlə, hətta ay boyu orada qalmağa gedirlər.Honzoqor dağına Katex- Kombinatda yaşayan Umrayev İbrahim və Şahmir qardaşları dəfələrlə dağa maşınla çıxmışlar. Onları nə yüksəklik,nə yolun çətinləyi qorxutmamış, cəsarətləri ilə neçə- neçə insanları dağa öz maşənlrı ilə aparmışlar. Onlar dağa ilk maşınla çıxan, cəsarətli insanlar isə nənəm və babam olmuşlar. Bu hadisə 70-ci illərin sonlarında baş verib. Əgər həmin qardaşların biri indidə sağdır. O, Katex- Kombinatda yaşayır. Allah Umrayev İbrahimə uzun ömür , Can Sağlığı versin.

 

Advertisements

Aygün Televiziyası

In Uncategorized on December 23, 2010 at 1:42 pm

Azərbaycanın ilk özəl telekanalı Aygün TV (Atv) 1994 -cü ilin Mart ayında rəsmi qeydiyyatdan keçmişdir. Zaqatala insanlarını bu hadisəyə çox sevinmişdir,hətta kanalın yarım gün işləməsinə baxmayaraq Zaqatala camaatına lazım olan xəbəri operativ çatdırmağa,əyləncə proqramlarını təşkil etməyə,yeni sənədli və bədii filmləri efirə verməyə nail olmuşdur.Həmçinin peyk antenalarının olmadığı bir zamanda, Zaqatalalılar turk kanallarına (SHOW tv,STAR tv,Cine 5, Canal D) Aygün televiziyası vasitəsi ilə baxırdı.Baxmayaraq ki, heç bir maliyyə vəsaiti olmadan öz ayaqları üstündə durmağı bacaran Aygün tülüviziyası reqional kanal olmuş və insaların rəğbətini qazana bilmişdir.

Bloq

In Uncategorized on December 22, 2010 at 1:54 pm

BLoq yazmaq mənim fikrimcə insana məsulliyyətli olmağı öyrədir.Çünki bloq yazarkən gerçək olmayan cümlələr yazmaq olmaz, səhv məlumatı vermək olmaz. Bu günə qədər bir çox bloq təlimlərində iştirak etmişəm lakin bloqumun ilk bünövrəsini YADDAŞ Maarifci Gənclər İctimai Birliyi (İlqar,Tofiq.M,Azər.S.) tərəfindən keçirilən təlimdə qoymuşam. Həmin təlimdə bloqla yanaşı fotojurnalistika haqqinda da məlumat verilib.O vaxt çəkilən şəkillərin sərgisi, bu yaxınlarda Zaqatala Rayon Uşaq və Yaradıcılıq mərkəzində keçırılıb.Sizinlə həmin tədbirdə keçirilən şəkilləri bölüşmək istərdim.

 

 

 

Zaqatala pərdəsi

In Uncategorized on December 7, 2010 at 9:18 am

Zaqatalada müxtəlif növ meyvələr yetişir.Onlardan biri də xurmadır.Xurma vitaminlərlə zəngin bir bitkidir.Xurmanın bir neçə növü var.Ondan sağlamlığa xeyri olan bəkməz,jem,içal və povidla hazırlanır.Xurma insan qanını təmizləyir və həzmi yaxşılaşdırır.Mənim xoşladığım xurma növü isə korolyokdur.Onu bir yeyən, bir də yemək istəyir.Xurmanı süfrəyə qurudulmuş halda da vermək olar. Bunun üçün xurmanı soyurlar,ipə keçirib ya peçin üstündə,və ya çöldə asıb qurudurlar.Qurudulmuş xurma Yeni il və Novruz bayramlarında süfrələrimizi bəzəyir.Təbii halda necə ləzztlidirsə qurudulmuş vəziyyətdə əd İran xurmasından heç geri qalmır.Xurma Zaqatalaya qəlir gətirən mənbələrdən biridir.Çünki,onu xaricə ixrac edirlər.