konul88

Archive for February, 2011|Monthly archive page

Yaponiya səfiri

In Uncategorized on February 25, 2011 at 1:19 pm

Advertisements

Yaponiya səfiri Zaqatalada

In Uncategorized on February 25, 2011 at 12:57 pm

Fevralın 25-də rayon icra hakimiyyətində “Məişət tullantılarının idarə olunması” layihəsi üçün qrant sazişinin imzalanması mərasimi keçirilmişdir. İmzalanma mərasimi Azərbaycan Respublikasının və Yaponiya dövlət himnlərinin səsləndirilməsiylə başlandı.

“İcma inkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov layihə barədə məlumat vermişdir. O bildirmişdir ki, imzalanacaq layihə ekologiyaya aiddir, ətraf mühitin sağlamlaşdırılmasına  xidmət edir. Layihənin başlıca məqsədi Zaqatalada məişət tullantılarının çeşidlənməsi və yenidən emal edilməsi üçün qurğuların, eyni zamanda emal olunmayan tullantıların yandırılaraq məhv edilməsi  nəzəzrdə tutulur. Xüsusi sobaların rayonun ətraf ərazilərində inşa edilməsi ilə tullantıların praktiki və davamlı şəkildə idarə olunmasının əsasının qoyulmasıdır.

Qeyd edək ki, bu layihə Yaponiya səfirliyinin Zaqatala rayonunda həyata keçirdiyi sayca 3-cü layihədir. Səfirlik Göyəm kənd orta məktəbində 200 şagird yerlik korpusun, Faldar kəndində  sağlamlıq mərkəzinin inşası layihələrini həyata keçirmişdir.

Layihənin icrasının 3-4 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Zaqatala rayon icra hakimiyyəti layihənin təşəbbüsçüsü olmuşdur.

İmzalanma mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suşike Vatanabe Zaqatalaya, şəhərimizə heyran qaldığını, qonaqpərvər münasibətdən çox razı qaldığını bildirdi. Zaqatala ilə əməkdaşlığın gələcəkdə də davamlı olmasını arzulayan səfir rayon rəhbərliyinin ekologiyanı qorumaq səylərini də yüksək qiymətləndirdiş Layihə tamamlananda onu açılışında iştirak etməyi səbirsizliklə gözləyəcəyini söylədi.

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən  olduğunu, 1992-ci ildən iki ölkə arasında yaranan diplomatik əlaqələrin ildən-ilə dərinləşdiyini, qarşılıqlı etimad əsasında həyatımızın bütün sahələrini əhatə etdiyini diqqətə çatdırdı. Son illərdə Yaponiya səfirliyinin rayonumuzla əlaqələrinin genişlənməsini yüksək qiymətləndirən, bu gün imzalanan layihənin mühüm sosial əhəmiyyət daşıdığını vurğuladı. Layihənin işə düşməsinin ətraf mühitin sağlamlaşdırılmasında, məişət tullantılarının daha səmərəli idarə olunmasında yeni imkanlar yaradacaqdır. Mərasimdəki çıxışının sonunda  rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Zaqatalada sosial yönümlü layihələrin davamlı olacağına ümidvar olduğunu bildirdi.

Layihənin qrant sazişini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Suşuke Vatanabe və layihənin icraçı direktoru Yasin Dadaşov imzaladılar. Sonda Yaponiya səfiri KİV nümayəndələrinə müsahibə verdi və xatirə şəkilləri çəkildi.

Zaqatala qazeti. Təşəkkür.

Xocalı

In Uncategorized on February 25, 2011 at 11:30 am

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbitexnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək,Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilmışdir.Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq,106 qadın,70 qoca xüsusi amansızlıqla,işgəncələrlə öldürülmüş,yüzlərlə insan əsir və girov götürülmüş,itkin düşmüşdür.

On midnight from  February 25th to 26th,1992 the military forces of the Republic of Armenia and illegal armed units of the local Armenians in Nagorno Karabakh  supported by staff and fighting equipment of the former Soviet army deployed in Khankendi have seized city of Khojaly and commited an act of genocide against Azeri people.That night 613 civilians,including 63 children, 106 women, and 70 old people were tortured and brutally killed, hundreds of people became captives, hostages and missing.

 

 

 

1 Nömrəli BAĞÇA

In Uncategorized on February 23, 2011 at 1:28 pm

Zaqatala şəhər Rövşən Ramazanov adına  1 nömrəli uşaq bağçasında artıq bir neçə ay idi ki,yenidən təmir və bərpa işləri gedirdi.Yenidən təmir müddətində Bağça öz fəaliyyətini bütün bu çətinliklərə baxmayaraq dayandırmamışdı.Və nəhayət bu yaxın günlərdə Bağçanın açılışı olmuşdur.Açılışda Rayon İcra Hakımiyyətinin başçısı MÜBARİZ ƏHMƏDZADƏ, ELMAN RAMAZANOV, ZÜMRÜD AĞAKİŞİYEVA, ELMİRA MEHDİYEVA Və başqaları iştirak etmişlər.Xeyirli olsu! ! !

Bayatılar.(Su çərşənbəsinə aid).

In Uncategorized on February 23, 2011 at 7:39 am

Su axir samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış,yaxşılıq elə,

Nə çıxar yamanlıqdan?

* * *

Su tək ağlaram sənsiz,

Qara bağlaram sənsiz,

GEcələr sübhə kimi

DƏrddən ağlaram sənsiz.

* * *

Su gələr axar,doymaz,

Dağ-daşıyaxar,doymaz.

Gözlərim yar gözünə

Ölüncə baxar,doymaz.

Zaqatalada qar

In Uncategorized on February 19, 2011 at 9:53 am

Sevgililər günü

In Uncategorized on February 14, 2011 at 2:38 pm

Bu gün sevgililər günüdür.Sevgi-“),onun haqqında danışmaq çox çətindir.O,ülvi bir hissdir.Lakin mən sevginin bu gün ərzində yalnız sevgiliyə aid olmasına bir o gədər də yaxşı baxmıram.Çünki ananı,bacını,qardaşı və s. çox sevmək olar.Təki insan sevə bilsin.O duyğunu hiss edə bilsin,daxilində insan sevgisi olsun.Hər kəsə sevib-sevilmək arzusu ilə… .

Break dance

In Uncategorized on February 12, 2011 at 12:04 pm

Zaqatala şəhərində keçirilən konsertlərin birində çox gözəl Break dance oynayan gənclər gördüm.Evə gedib özümdə cəhd göstərdim ki , heç olmasa onların elədikləri bir iki hərəkətdən məndə edim.:)Amma Türklər demişkən yüzüme,gözüme bulaşdırdım.Mənə çox maraqlı gəlirdi onlar bunu necə edirlər.Ona görə Break dance oynayan istedadlı gənclərin birindən bir neçə məsləhət almağa gərara aldım.Və beləlikə,Elvin Hazıyev yaş 15, bir ildi ki, Break dance ile məşğul olur, həmçinin 3 ildir ki,Sədəf rəqs qrupunda milli reqslərimizidə oynayır.Ondan oyrəndim ki,Break dance oynamaq üçün yüksək əhval-ruhiyyə,həvəs və istedad lazımdır.Nə isə, çalışaram bu məsləhətlərə də cəhd edim Break dance oynamağa.Amma azyaşlı olmağına baxmayaraq onun bu istedadını alqışlayır və Uğurlar diləyirəm.

Şəhriyar Yusubov

In Uncategorized on February 12, 2011 at 11:27 am

Zaqatalada 2 Fevral Gənclər Günü İrex Mərkəzində də qeyd olunub.Zaqatala Gəncləri bir araya yığılaraq Şəhriyar Yusubovun ifasında

Yüreğim  adlı mahnıya  və bir neçə ifaya qulaq asıblar.Həmin gün Baxmayaraq ki,İrex mərkəzində Əli Novruzovun təlimi var idi,gənclər heç yorulmadan canlı gitarada ifa edənŞəhriyara qulaq asırdılar.

Rap in Zaqatala

In Uncategorized on February 12, 2011 at 10:37 am

Zaqatala artıq neçə ildir ki,rap ilə məşğul olan bir neçə istedadlı gənclərimiz var.Və Zaqataladagözəl RAP oxuyanların sayı hələ də artmaqdadı.Bu kiçik musiqi çarxını bir gün ərzində çəkən DJ Roshkaya teşekkür.Eyni zamanda heç bir maliyyə dəstəyi olmadan Rap oxuyan gənclərimizədə Əhsən demək istəyirəm.Klip 1 gün ərzində çəkilib.