konul88

Yaponiya səfiri Zaqatalada

In Uncategorized on February 25, 2011 at 12:57 pm

Fevralın 25-də rayon icra hakimiyyətində “Məişət tullantılarının idarə olunması” layihəsi üçün qrant sazişinin imzalanması mərasimi keçirilmişdir. İmzalanma mərasimi Azərbaycan Respublikasının və Yaponiya dövlət himnlərinin səsləndirilməsiylə başlandı.

“İcma inkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov layihə barədə məlumat vermişdir. O bildirmişdir ki, imzalanacaq layihə ekologiyaya aiddir, ətraf mühitin sağlamlaşdırılmasına  xidmət edir. Layihənin başlıca məqsədi Zaqatalada məişət tullantılarının çeşidlənməsi və yenidən emal edilməsi üçün qurğuların, eyni zamanda emal olunmayan tullantıların yandırılaraq məhv edilməsi  nəzəzrdə tutulur. Xüsusi sobaların rayonun ətraf ərazilərində inşa edilməsi ilə tullantıların praktiki və davamlı şəkildə idarə olunmasının əsasının qoyulmasıdır.

Qeyd edək ki, bu layihə Yaponiya səfirliyinin Zaqatala rayonunda həyata keçirdiyi sayca 3-cü layihədir. Səfirlik Göyəm kənd orta məktəbində 200 şagird yerlik korpusun, Faldar kəndində  sağlamlıq mərkəzinin inşası layihələrini həyata keçirmişdir.

Layihənin icrasının 3-4 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Zaqatala rayon icra hakimiyyəti layihənin təşəbbüsçüsü olmuşdur.

İmzalanma mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suşike Vatanabe Zaqatalaya, şəhərimizə heyran qaldığını, qonaqpərvər münasibətdən çox razı qaldığını bildirdi. Zaqatala ilə əməkdaşlığın gələcəkdə də davamlı olmasını arzulayan səfir rayon rəhbərliyinin ekologiyanı qorumaq səylərini də yüksək qiymətləndirdiş Layihə tamamlananda onu açılışında iştirak etməyi səbirsizliklə gözləyəcəyini söylədi.

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən  olduğunu, 1992-ci ildən iki ölkə arasında yaranan diplomatik əlaqələrin ildən-ilə dərinləşdiyini, qarşılıqlı etimad əsasında həyatımızın bütün sahələrini əhatə etdiyini diqqətə çatdırdı. Son illərdə Yaponiya səfirliyinin rayonumuzla əlaqələrinin genişlənməsini yüksək qiymətləndirən, bu gün imzalanan layihənin mühüm sosial əhəmiyyət daşıdığını vurğuladı. Layihənin işə düşməsinin ətraf mühitin sağlamlaşdırılmasında, məişət tullantılarının daha səmərəli idarə olunmasında yeni imkanlar yaradacaqdır. Mərasimdəki çıxışının sonunda  rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Zaqatalada sosial yönümlü layihələrin davamlı olacağına ümidvar olduğunu bildirdi.

Layihənin qrant sazişini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Suşuke Vatanabe və layihənin icraçı direktoru Yasin Dadaşov imzaladılar. Sonda Yaponiya səfiri KİV nümayəndələrinə müsahibə verdi və xatirə şəkilləri çəkildi.

Zaqatala qazeti. Təşəkkür.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: