konul88

Sizinlə fəxr edirik.

In Uncategorized on January 22, 2011 at 8:54 am

Zaqatala şəhər Mərkəzi Kitabxanasında Zaqatalaya aid bir kitab oxuyarkən,təhsillə bağlı yazılanlar diqqətimi çəkdi.

Rayonumuzda 66 ümumtəhsil məktəbi,1 texniki peşə məktəbi, 1 İdarəetmə və texnologiya kolleci, 2 institut fəaliyyət göstərir.Məktəbə qədər uşaq tərbiyə müəssisələrinin sayı 39-dur. Rayonda fəaliyyət göstərən ali məktəb,Azərbaycan müəllimlər institutunun Zaqatala filialıdır.Zaqatala şəhərində 1998-ci ildə Bakı İslam Universitetinin filialı yaradılmışdır. Rayonun təhsil müəssisələrinin yetirmələri içərisində məşhur elm və mədəniyyət xadimləri,milli qəhramalar vardır:Ərəblinski Balakışıbəy Əlibəy oğlu general leytenant (1828-1902),

Kazımov Səlahəddin İsa oğlu Sovet İttifaqı Qəhramanı,general mayor (1920-1978),

Həsilova Xalidə Məmməd qızı yazıçı (1937-1996),Atayev Cavanşir İsmayıl oğlu Akademik (1931-2003)

Sosialist Əməyi Qəhrəmanları: Nəzirova Mina Bəşir qızı (1914-1984),

Qaziyeva Sevil Həmzət qızı (1940-1963)

Musakova Mesed Abdulsəməd qızı (1920-1972)

Həsənova Zalxay Mahmud qızı (1941)

Mahmudov Əhməd Abdurauf oğlu (1926-2002)

Kərimova Gülbənövşə Qurban qızı(1918-1983)

Azərbaycan Respublikasının Milli Qəhramanları: Əmirov Faiq İsbəndiyar oğlu (1975-1995)

Məmmədov Natiq Bəşir oğlu (1975-1994)

Son illər bir çox məktəblərdə təmir və bərpa işləri aparılıb.Lakın şəhər 2 saylı orta məktəb,şəhərin mərkəzində yerləşməsinə baxmayaraq nədənsə təmir olunmur.Sovet dövründən qalan partalarda dərs yazan şagirdləri şəraitsizlik belə qorxutmur.Onların arasında xaricdə təsil alanların sayı xeyli çoxdur.Əhsən sizlərə, Zaqatala gəncləri.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: